
“Barselona”nın baş məşqçisi Valverde eksperimetlərini davam etdirir. Messi və Buskets “Atletik” ilə oyunda start heyətinə salınmamışdı. Görünü,r Valverde komandası üçün, adətən, asan rəqib olan “Atletik”i asn keçəcəyinə inanırmış. Amma o istədiyinə nail ola bilmədi. “Atletik” inamla müdafiə olunub kəskin əks hücumlarda müvəffəqiyyət qazanmaq istəyirdi. Oyunun 41-ci dəqiqəsində qonaqlar istəklərinə nail olub Ter Şteygini məyus edə bildilər – 1:0. İkinci hissədə taktikasının alınmadığını görən Valverde Messi və Busketsi döyüşə atdı. Lakin “Atletik”in müqavimətini qırmaq o qədər də asn olmadı. “Barselona” yalnız oyunun qurtarmasına 6 dəqiqə qalmış məğlubiyyətdən xilas ola bildi. Meydançaya yenicə çıxan Munir Əl-Həddadi fərqləndi. Beləliklə, “Barselona” son üç oyunda çəmi 2 xal toplayıb. Kataloniya klubu hələlik liderliyini qorusa da, bir qədər sonra başlayacaq “Real”-“Atletiko” oyunundan sonra madridlilər vahid lider ola bilərlər.