bazar ertəsi, 21 iyul 2025

BİZİM FUTBOL

Debütant çempiona 81 dəqiqə müqavimət göstərdi

29.09.2018 23:12 Oxundu 2889

VI turun açılış gününün ikinci oyununda çempionatın debütantı olan “Sabah” ölkə çempionu “Qarabağ”ı qəbul edirdi. Buna qədər çempion 13 xalla birinci, debütant isə 10 xalla üçüncü yerdə gedirdi. Mütəxəssislər bu oyunun gərgin keçəcəyini praqnozlaşdırırdılar. Elə gözlənildiyi kimi də oldu. “Sabah” adlı-sanlı rəqibindən çəkinmədən müdafiə olunur, imkan düşəndə təhlükəli əks-hücumlara keçirdi. “Qarabağ” ardıarası kəsilməyən hücumlar etsə də son nöqtəni qoya bilmirdi. Hətta “Sabah”ın qapısına təyin olunmuş penalti də çempiona üstünlük gətirmədi. Ozobiçin vurduğu penalti zərbəsini Stamenkoviç dəf edə bildi. Nəhayət 82-ci dəqiqədə Ozobiçin standart vəziyyətdən cərimə meydançasına istiqamətləndirdiyi topu Miçel başı ilə tora sala bildi. Bir neçə dəqiqə sonra Emiqara “Qarabağ”ın ikinci qoluna imza atdı. Beləliklə, çempion çətiniklə olsa da debütantı məğlub etdi – 2:0.

Hazırda “Neftçi” və “Qarabağ” 16 xalla birinci və ikinci yerləri bölüşürlər. Əlavə göstəricilərə görə bakılılar yenidən liderliyi ələ keçiriblər.