bazar ertəsi, 21 iyul 2025

DÜNYA FUTBOLU

"Real"la "Barselona"nın rəqabəti davam edir

30.09.2018 00:36 Oxundu 2396

İspaniya La Liqasının 7-ci turunda "Real" və "Atletiko" komandaları arasında Madrid derbisi gerçəkləşib. Bu oyunda "Real" qalib gəlsəydi vahid lider olacaqdı. Amma gərgin keçən matç 0:0 hesabı ilə heç-heçə başa çatıb. Bununla da bu turda "Barselona"dan sonra "Real" da 2 xal itirib. İndi hər iki komandanın 14 xalı var.