bazar ertəsi, 21 iyul 2025

DÜNYA FUTBOLU

İsrafilov oynadı, komandası qalib gəldi

01.10.2018 11:51 Oxundu 1988

İspaniya La Liqa 2-də VII turun oyunları keçirilib. Cempion.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” “ Real Ovyedo”nu qəbul edib. Hər hissədə rəqibi bir dəfə mərkəzə dəvət edən ev sahibləri 2:0 hesablı qələbə qazanıblar. Meydana start heyətində daxil olan İsrafilov oyunu əvəz edilmədən keçirib. İlk 7 turda 14 xal toplayan “Alkorkon” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.