bazar ertəsi, 21 iyul 2025

DÜNYA FUTBOLU

Mxitaryanla heç vaxt Bakıya gəlməyəcək

01.10.2018 12:03 Oxundu 2346

“Arsenal” yarımmüdafiəçisi Henrix Mxitaryanla bağlı qərarını verib. Cempion.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, London təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la səfər matçına ermənistanlı futbolçunu gətirməyəcək. “Topçular”ın baş məşqçisi Unay Emeri son vaxtlar formaya düşən Mxitaryanın xidmətindən Bakıda yararlanmayacaq. Məqalədə həmçinin qeyd edilib ki, “Arsenal” Avropa Liqasında finala qədər irəliləyərsə, yarımmüdafiəçi həlledici qarşılaşmanı da buraxa bilər. Çünki final matçı məhz Bakı Olimpiya Stadionunda baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-də keçiriləcək.