bazar ertəsi, 21 iyul 2025

DÜNYA FUTBOLU

“Çelsi”nin yeni kapitanı kim olacaq?

01.10.2018 13:07 Oxundu 2151

“Çelsi” tezliklə yeni kapitanını müəyyənləşdirəcək. Cempion.az saytı yerli mətbuata istinadən xəbər verir ki, bu barədə baş məşqçi Mauritsio Sarri məlumat verib. O bildirib ki, həftə ərzində qərarını açıqlayacaq: “Qərarımı açıqlamazdan əvvəl komanda ilə görüşmək istəyirəm. Seçimimi mətbuatdan əvvəl futbolçularım bilməlidirlər. Bu həftə hər şeyə aydınlıq gələ bilər”.

“Zadəganlar”ın hazırkı kapitanı Qari Keyhill əsas heyətə düşə bilmir və yanvarda klubu tərk edəcək. Hazırda kapitanlıq sarğısını daşımağa iki namizəd göstərilir – müdafiəçi Sezar Aspilikueta və yarımmüdafiəçi Eden Azar.