01.10.2018 13:10
2164

Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona həmyerlisi Lionel Messiyə məsləhət verib. Cempion.az saytı xəbər verir ki, Maradona “Barselona”nın kapitanının milliyə qayıtmamasını istəyib. O, bunu belə əsaslandırıb: “Mən Messiyə yığmaya qayıtmamağı məsləhət görürəm. Argentinanın U-15 yığması uduzur, günahı Messidə görürlər, “Rasinq” və “Boka Xuniors”la çempionatda uduzur, səbəbkar Messi olur. O, burda hər şeyə görə günahlandırılacaq. Leoya deyirəm ki, milliyə dönməsin, görək onlar özləri Leosuz nə edəcəklər”. Qeyd edək ki, Lionel Messi Argentina yığmasının formasını sonuncu dəfə dünya çempionatında geyinib.