bazar ertəsi, 21 iyul 2025

BİZİM FUTBOL

Azərbaycanlı hakimə beynəlxalq təyinat

01.10.2018 14:43 Oxundu 2642

FIFA referisi Elçin Səmədli beynəlxalq oyunlara təyinat alıb. O, futzal üzrə UEFA Çempionlar Liqasının əsas təsnifat mərhələsinin 4-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. “Sportinq” (Portuqaliya), “Kayrat” (Qazaxıstan), “Lida” (Belarus) və “Feniks” (Kosovo) komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 3-dən 6-dək Kosovoda keçiriləcək.

Mənbə: affa.az