bazar ertəsi, 21 iyul 2025

DÜNYA FUTBOLU

Zidan "Yuventus"un baş direktoru ola bilər

01.10.2018 15:53 Oxundu 2162

Fransalı Zinedin Zidan Turin "Yuventus"unun yeni baş direktoru ola bilər. Xatırladaq ki, klubun prezidenti Andrea Annellinin inkişaf modeli ilə razılaşmayan Cuzeppe Marotta istefa verdikdən sonra bu yer boş qalıb. "Tuttosport"un məlumatına görə, bu vəzifəyə namizədlər arasında klub sistemində çalışan Pavel Nedved və Fabio Paratici ilə yanaşı İtaliya Futbol Federasiyasının icraçı direktoru və UEFA-nın vitse-prezidenti Mişel Uva da var.