bazar ertəsi, 21 iyul 2025

DÜNYA FUTBOLU

Aleksis Sançes gedir, yoxsa Mourinyo?

01.10.2018 17:40 Oxundu 2355

"Mançester Yunayted"in çilili hücumçusu Aleksis Sançes komandanı tərk edə bilər. "The Daily Express" iddia edir ki, futbolunun satılmasında komandanın baş məşqçisi Joze Mourinyo israrlıdır. Xatırladaq ki, Sançesin "Arsenal"dan"MY"-ə gətirilməsinin təşəbbüskarı məhz Mourinyo özü olmuşdu. Hazırda isə məşqçi əsas heyətdə möhkəmlənə bilməyən futbolçuya inamını itirib. Murinyo bildirir ki, futbolçu "Barselona"dakı səviyyəsi bir yana qalsın, heç "Arsenal"dakı səviyyəsini qoruya bilmədi.

Qeyd edək ki, hazırda "MY"-də gərgin vəziyyət yaranıb. Futbolçularla baş məşqçi arasında münaqişə səngimək bilmir. Bu situasiyada Mourinyonun özü istefaya göndərilə bilər. Ona görə də rəhbərlik Sançes barədə son qərarı verməyə təlsmir.