01.10.2018 18:04
2204

Topaz Premyer Liqasının 6-cı turuda "Sumqayıt"a məlub olan "Zirə"nin baş məşqçisi Samir Abasov matçla bağlı fikirlərini bildirib:
“Danışmaq çətindir. Oyunumuz alınmadı, çox pis mübarizə apardıq. Təzyiq altındayıq, məğlub olduqdan sonra vəziyyətimiz daha da pis olur. Bizə bir qələbə lazımdır, ancaq bunu qazanmaq üçün vaxta ehtiyacımız var. Komandamızın gələcəyi var, rəhbərliyimiz bizə dəstək olur. Komandaya yaxın olan adamları, azarkeşləri başa düşürəm. İnşallah, yaxşı vəziyyətə gələcəyik. Bəzi oyunçularımız çətinlik çəkirlər. İndiki vaxtda radikal addım atmaq düzgün deyil. Qışa qədər səbr etməli, sonra fikirləşməliyik”.