
“Unay Emeri komandaya yenidən qələbə ab-havasını gətirib. Artıq bütün görüşlərə bu hədəflə çıxırıq”. Cempion.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, bu sözləri “Arsenal”ın yarımmüdafiəçisi Aleks İvobi deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la keçiriləcək matçı dəyərləndirən nigeriyalı futbolçu Bakıya qələbə seriyasını davam etdirmək məqsədi ilə yollanacaqlarını vurğulayıb: “Ardıcıl qələbələr bizdə özünəinam yaratdı. Bu seriyanı Bakıda da davam etdirmək istəyirik. Emerinin oyun üslubuna uyğunlaşdığımı düşünürəm. O, mənə güvəndiyini bildirib və bu inamı doğrultmağa çalışacağam”.
Qeyd edək ki, “Qarabağ” – “Arsenal” görüşü oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək.