bazar, 12 aprel 2026

BİZİM FUTBOL

"Qarabağ” – “Arsenal” matçına nə qədər bilet satılıb?

02.10.2018 11:56 Oxundu 2499

Avropa Liqasının qrup mərhələsində baş tutacaq “Qarabağ” – “Arsenal” oyununa bilet satışları davam edir. Cempion.az saytı xəbər verir ki, qarşılaşmaya kifayət qədər azarkeş marağı var.

Belə ki, görüşün keçirilməsinə hələ iki gün vaxt qalsa da, artıq 48 min bilet satılıb. Bu da oyun günü anşlaqın olacağından xəbər verir.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun 20:55-də start götürəcək.