02.10.2018 12:06
2210

Çexiyanın gənclər liqasında 10-cu turun oyunları keçirilib. Cempion.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” bu turda “Dukla”nı qəbul edib. Praqa təmsilçisi ilk hissədə hesabda önə keçməsinə baxmayaraq, sonda meydanı məğlub tərk edib – 2:3. Start heyətində mübarizə aparan U-21 yığmamızın üzvü 85-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, aktivində 7 xal olan “Slaviya” A qrupunda 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.