bazar ertəsi, 21 iyul 2025

DÜNYA FUTBOLU

Cüzeppe Rossi: "Dörd ay davam edən dəhşət bitdi".

02.10.2018 13:09 Oxundu 2055

İtaliya milli komandasının keçmiş forvardı Cüzeppe Rossi antidopinq qaydalarını pozduğuna görə İtaliya Antidopinq Komitəsi tərəfindən töhmətlə cəzalandırılıb. Futbolçu isə bu qərardan məmnun olduğunu bildirib:

"Bu gün dörd ay davam edən dəhşət artıq bitdi! Ədalət zəfər qazandı. İndi yalnız futbol haqqında düşünmək istəyirəm və dünyada ən çox sevdiyim peşəmi davam etdirməyə başlayıram, - deyə Rossi özünün tvitter səhifəsində yazıb.