bazar ertəsi, 21 iyul 2025

DÜNYA FUTBOLU

FİFA VAR təlimatçılarının hazırlığına başladı

02.10.2018 13:48 Oxundu 2173

Beynəlxalq Futbol Federasiyası (FIFA) Madriddə hakimlərə video yardım sistemi (VAR) ilə işləyən təlimatçılar üçün kurslara start verib. Bu barədə FİFA-nın mətbuat xidmətindən məlumat verilib.

Kursların açılışına FIFA Hakimlər Departamentinin rəhbəri Massimo Buzakka və FİFA Hakimlər Komitəsinin rəhbəri Pyerlici Kollina qatılıblar. Kurslar bir həftə davam edəcək. Kursda potensial təlimatçılar keçən ilin yayında Rusiyada keçirilən Dünya Çempionatında VAR-ın istifadəsi ilə bağlı bütün epizodları ətraflı araşdıracaq və VAR tətbiqi ilə bağlı bütün situasiyalar (qolun qeydə alınması, penaltinin təyin edilməsi, qaydanı pozan futbolçunun müəyyənləşməsi və meydandan kanarlaşdırılması) barədə nəzərə dərslərdə iştirak edəcəklər .