bazar ertəsi, 21 iyul 2025

BİZİM FUTBOL

"Apasport.az"ın keçmiş işçiləri idman saytı açır

02.10.2018 15:43 Oxundu 2448

Azərbaycanda yeni idman saytı fəaliyyətə başlayacaq.

Cempion.az xəbər verir ki, saytı fəaliyyəti bir müddət öncə dayandırılmış "APA Holdinq"ə daxil olan "Apasport.az" saytının işçiləri açır.
Saytın rəhbəri "Apasport.az"ın baş redaktoru İxtiyar Əsgərovdur.
"APA Holdinq" bağlanan günədək ona rəhbərlik etmiş əməkdar jurnalist Vüsalə Mahirqızı sosial şəbəkədəki səhifəsində yeni saytın açılmasına belə münasibət bildirib: "Bütün keçmiş həmkarlardan xahiş edirəm. Zamanında "APA Holdinq"də işləmiş şəxslər nəsə edəndə-dəxli yoxdu, uğurlu, ya uğursuz-yazılan xəbərdə, statusda APA-nın adını istifadə etməsinlər. APA yoxdu, bir daha da olmayacaq. Mən keçmişlə yaşamağı sevmirəm, olmayan qurumun rəhbəri, əməkdaşı olmur. Hər kəsin işinə öz adını yazmaq lazımdır. APA isə artıq tarixdi və bir daha da olmayacaq!
İxtiyara və komandasına isə uğurlar arzulayıram. Onlar yenə də öz sahələrində lider olacaqlar".

Həmkarlarımıza yeni işlərində uğurlar arzulayırıq!