
İspaniyanın "Marka" qəzetinin əməkdaşı Santyaqo Siquero, Çempionlar Liqası qrup mərhələsində Moskva CSKA-nın rəqibi olacaq "Real" barədə fikirlərini bölüşüb.
- "Real" keçən mövsümlə müqayisədə daha zəifdir. Bu bəzi liderlərin Moskvaya gəlməməsi ilə əlaqədar deyil. Bunun əsas səbəbi artıq Kriştiano Ronaldonun olmamasıdır. Bunula belə bu komandanın zəif olduğunu söyləmək olmaz - kifayət qədər səviyyəli oyunçusu var. CSKA üçün asan olmayacaq. "Real" qələbə üçün mübarizə aparacaq. İmkanları 60-40 madridlilərin xeyrinə proqnozlaşdırıram. Böyük hesab dəqiq olmayacaq. Son matçlarda qol vurmaq "Real"ın ən böyük bir probleminə çevrilib. Son üç matçda yalnız bir təhlikəli vəziyyət teallaşdırılıb. Kərim Benzema yaxşı bir başlanğıc etdi, çox qol vurdu, lakin son bir neçə oyunda ciddi problemlər yaşayır. Düçünmürəm ki, CSKA ilə matçda o nəsə edə bilər. "Real" ən təhlükəli zonası - orta xətdir. Kazemiro, Toni Kroos, Luka Modric - hamısı start heyətində meydana çıxacaq. İnşallah Dani Ceballos da oynayar. Dörd yarımfinalçı ilə "Real" həqiqətən təhlükəlidir. CSKA buna diqqət yetirməlidir, - deyə "sport24.ru" xəbər verir.