bazar ertəsi, 21 iyul 2025

DÜNYA FUTBOLU

Farer adalarının heyətində dəyişiklik edildi

02.10.2018 16:55 Oxundu 2071

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsindəki rəqibi Farer adalarının heyətində dəyişiklik edilib. Cempion.az yerli futbol federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, rəqibin bir futbolçusu komandadan kənarlaşdırılıb.

Yarımmüdafiəçi Trondur Yensen Azərbaycan və Kosovo ilə qarşıdakı matçları buraxacaq. Buna səbəb “Torshavn”ın üzvünün zədələnməsidi. Baş məşqçi Lars Olsen artıq onun əvəzləyicisini də müəyyənləşdirib. Belə ki, “B36 Torshavn”ın yarımmüdafiəçisi Eli Falkvard Nilsen yığmaya çağırılıb.

Qeyd edək ki, Farer adaları D Liqasının 3-cü qrupunda oktyabrın 11-də yığmamızı, bundan 3 gün sonra isə Kosovonu qəbul edəcək.