bazar ertəsi, 21 iyul 2025

DÜNYA FUTBOLU

Çexin durumuna aydınlıq gəldi

02.10.2018 17:00 Oxundu 2102

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki növbəti rəqibi “Arsenal”da qapıçı Petr Çex tibbi müayinədən keçib. Cempion.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, çexiyalı qolkiper 3 həftə komandadan ayrı qalacaq.

Həkimlər onun “Qarabağ”la yanaşı, Premyer Liqanın növbəti turunda “Fulhem”lə görüşü də buraxacağını bildiriblər. Ancaq 36 yaşlı qapıçı oktyabrın 22-də “Lester”lə çempionat oyununa yetişəcək.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” matçı 20:55-də start götürəcək.