bazar ertəsi, 21 iyul 2025

BİZİM FUTBOL

Öncə Qurbanov, sonra Emeri

02.10.2018 21:34 Oxundu 1883

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində oynanılacaq “Qarabağ” –“Arsenal” matçından öncəki mətbuat konfranslarının və son məşqlərin vaxtı müəyyənləşib. Cempion.az saytının məlumatına görə, ilk olaraq Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikrini mətbuatla bölüşəcək.

Çalışdırıcı sabah 14:00-da matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunun (BOS) konfrans zalında jurnalistlərin suallarını cavablandıracaq. Komandanın son məşqinin 19:30-da Suraxanı qəsəbəsində yerləşən bazada baş tutması planlaşdırılır. “Arsenal”ın baş məşqçisi Unay Emeri isə 18:00-da BOS-da media nümayəndələrinin önünə çıxacaq. 18:30-da London klubu son məşqinə çıxacaq.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu 20:55-də başlayacaq.