03.10.2018 11:10
2911

Azərbaycanın “Araz” futzal komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirəcək.
“Report” xəbər verir ki, VIII qrupda yer alan Joze Alesio da Silvanın rəhbərlik etdiyi kollektiv Slovakiyanın Luçenets şəhərindəki “Sportova Hala Arena”da Litva çempionu “Vitis”lə qarşılaşacaq.
Çempionlar Liqası, əsas mərhələ
17:30. “Araz” (Azərbaycan) - “Vitis” (Litva)
Hakimlər: İvan Şabanov (Rusiya), Sven Eiçler (Almaniya) və David Şaerli (İsveçrə)
Qeyd edək ki, “Araz” oktyabrın 4-də “Valletta” (Malta), 2 gün sonra “Luçenec”lə (Slovakiya) üz-üzə gələcək. Qrupun oyunları Slovakiyada “Sportova hala Arena”da keçiriləcək.