03.10.2018 12:32
2028

Futzal üzrə yığma komandaların reytinq siyahısı açıqlanıb. Cempion.az saytının məlumatına görə, Azərbaycan millisi ötən ayla müqayisədə reytinqdə geriləyib.
Belə ki, aktivində 1430 xal olan komandamız 1 pillə geriləyərək, 11-ci yerdə qərar tutub. Bunun səbəbi yığmamızın ötən ay yoldaşlıq görüşündə Qazaxıstana (1:3) məğlub olmasıdı. Siyahıya 1895 xalla Braziliya başçılıq edir. Cənubi amerikalıları İspaniya (1807) və Portuqaliya (1696) izləyir.