03.10.2018 13:02
2187
2187

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz” bu gün ilk oyununu keçirəcək. Slovakiyanın Luçenec şəhərindəki Sportova Hala Arenada təmsilçimiz Litva çempionu “Vytis”lə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:30-da başlayacaq oyunu İvan Şabanov (Rusiya), Sven Eichler (Almaniya) və David Schaerlidən (İsveçrə) ibarət hakimlər briqadası idarə edəcək.