bazar ertəsi, 21 iyul 2025

DÜNYA FUTBOLU

Klüvert iki rekordu birdən vurdu

03.10.2018 13:39 Oxundu 1771

İtaliyanın "Roma" komandasının hollandiyalı hücumçusu Castin Klüvert Çempionlar Liqasının ikinci turunda Çexiyanın "Viktoriya" komandasına qarşı oyunda meydana çıxıb dubl etməklə eyni zamanda iki rekorda imza atıb. Bunlardan biri klub miqyaslı, digəri isə milli rekorddur. Belə ki, Klüvert "Roma"nın tarixində Çempionlar Liqasında qol vuran ən gənc (19 yaş 150 gün) oyunçu kimi klub rekorduna sahib çıxıb. Futbolçu həm də xarici komandada qol vuran ən gənc futbolçu kimi Hollandiya futbolu tarixinə düşüb.