
Münhenin "Bavariya" komandasının qapıçısı Manuel Noyer Çempionlar Liqası qrup mərhələsinin ikinci turunda Amsterdam "Ajax"ı ilə (1: 1) qarşılaşmadan sonra uğurun yenidən onların düşərgələrinə qayadacağına ümid etdiyini söyləyib: "Bu gün çətin bir matç idi, yaxşı başladıq, özümüzə güvəndik və topa sahiblık etdik, oyuna nəzarəti əlimizdə saxlamağa çalışdıq və qazanmaq üçün hər şeyi etdik, amma bu ilk 5 dəqiqədə oldu. Sonra oyunun nəzarətini rəqibə verdik. Onların topla rəftarı çox güclüdür, biz bunu bilirdik. Bizim problemlərimiz var, ona görə də qol buraxdıq. İndi bizim 2 oyundan sonra 4 xalımız var. Ümumiyyətlə isə son 3 oyunda cəmi 2 xal qazanmışıq. Bu çox azdır, dəhşətdir. "Auqsburq"la evdə heç-heçə (0:0) oynayıb, Berlində "Herta"ya (0:2) uduzduqdan sonra "Ayaks"la oyunda toparlanacağımızı düşünürdüm. Olmadı. Amma uğurun yenidən düşərgəmizə qayıdacağna inanıram". Bu barədə klubun rəsmi saytı bildirir.