03.10.2018 17:02
2351
2351

Topaz Premyer Liqada 6-cı turun ən yaxşı oyunçusu müəyyənləşib. Cempion.az PFL-in saytına istinadən xəbər verir ki, InStat Sportun təhlilinə əsasən, başa çatan turun ən yüksək indeksə malik futbolçusu "Qarabağ"ın yarımmüdafiəçisi Miçel Maderadır.
Qeyd edək ki, ispaniyalı futbolçu son turun "Sabah"la oyununda (2:0) komandasının ilk qolunu vurub.