bazar, 20 iyul 2025

DÜNYA FUTBOLU

Unay Emeri: “Qarabağ”ın müsbət keyfiyyətləri çoxdur”

03.10.2018 21:39 Oxundu 1825

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah İngiltərə nəhənglərindən “Arsenal”ı qəbul edəcək. “Arsenal”ın baş məşqçisi Unay Emeri oyunöncəsi mətbuat konfransı keçirib: “Bizim üçün hər bir turnir önəmlidi. Bütün yarışlara eyni formada hazırlaşırıq. Sabah bizi vacib görüş gözləyir. Nəzərə alaq ki, tez-tez səfərlərə yollanırıq. Bu kimi oyunlara hazırıq”.

Sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Mxitaryanın Bakıya gəlməməsi gözlənilən təzyiqə görə idi?

- O, bura gələ bilməzdi. Mental cəhətdən hazır futbolçularla gəlmişik. Mxitaryan xəstə olduğundan, gətirməməyi qərara aldıq. Remsinin isə həyat yoldaşı hamilədi. Özü gəlməmək üçün bizdən icazə aldı.

- “Qarabağ”ın sabah sizdən xal alması sürpriz olmaz?

- “Sportinq”lə görüşdə “Qarabağ”ın müsbət keyfiyyətləri çox idi. “Atletiko” məhz “Qarabağ”la görüşlərdə itirdiyi xallara görə ötən mövsüm Çempionlar Liqasında pley-offa yüksələ bilməmişdi. Rəqibimizə hörmətlə yanaşırıq. “Qarabağ” Avropa Liqasının qrupunda oynayırsa, deməli sıradan bir komanda deyil.