bazar, 20 iyul 2025

DÜNYA FUTBOLU

İvobi: “Özümə inamım getdikcə artır"

03.10.2018 21:53 Oxundu 2585

“Arsenal”ın nigeriyalı yarımmüdafiəçisi Aleks İvobi bu gün Bakı Olimpiya Stadionunda baş tutan mətbuat konfransında sabah “Qarabağ”la keçiriləcəkləri qarşılaşmanı dəyərləndirib: “Düşünürəm ki, bugünkü məşqin bizim üçün xeyri böyük olacaq. Çünki məhz burda çıxış edəcəyik. Bu, matça hazırlıq baxımından önəmlidi”.

- Ötən mövsümlə müqayisədə bu dəfə daha təcrübəli oyunçularla Avropa Liqasında iştirak edirsiniz. Belə başa düşmək olarmı ki, indi turnirəbu dəfə daha böyük əhəmiyyət verirsiniz ?

- Xeyr. Biz bütün turnirlərə ciddi hazırlaşırıq.

- Ötən mövsümlə müqayisədə bu dəfə meydanda daha sərbəst olursunuz. Bunun fərqindəsinizmi?

- Bəli, sərbəst olduqca özümə inamım daha da artır.