04.10.2018 10:17
2736

Çempionlar Liqasının qrup mərhələsində “Brügge” ilə oyun “Atletiko”nun hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub. Cempion.az saytının məlumatına görə, qarşılaşmada dubl edən fransalı forvardın 2-ci qolu tarixə düşüb. Onun 67-ci dəqiqədə madridliləri 2:1 hesabı ilə önə keçirdiyi qol turnirin Çempionlar Liqası adı altında 8000-ci topu olub. “Atletiko” matçdan 3:1 hesablı qalibiyyətlə ayrılıb. Qeyd edək ki, Çempionlar Liqası adı altında ilk qolu 1992-ci il noyabrın 25-də “Brügge”nin hücumçusu Daniel Amokaçi Moskva MOİK-i ilə oyunda vurub.