04.10.2018 10:47
2355

Çempionlar Liqasında qrup mərhələsinin II turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Cempion.az saytının məlumatına görə, UEFA bu ada iddialı 4 oyunçunun adını açıqlayıb.
Bunlar Neymar (PSJ), Paulo Dibala (“Yuventus”), Edin Dzeko (“Roma”) və Lionel Messidi (“Barselona”). İlk 3 oyunçu bu tur het-trik edibsə, Messi “Tottenhem”lə səfər qarşılaşmasında (4:2) dubla imza atıb.
Neymar “Srvena Zvezda”nın (6:1), Dibala “Yanq Boyz”un (3:0), Dzeko isə “Viktoriya”nın (5:0) qapısından 3 top keçirib.