bazar, 20 iyul 2025

BİZİM FUTBOL

“Qarabağ” azarkeşlərinə müraciət etdi

04.10.2018 11:15 Oxundu 2222

Avropa Liqasının qrup mərhələsində bu gün “Arsenal”la qarşılaşacaq “Qarabağ” görüşün hazırlıqlarını davam etdirir. Cempion.az saytı xəbər verir ki, klub rəhbərliyi feysbuk səhifəsi vasitəsilə azarkeşlərə səslənib.

Ağdam təmsilçisi böyük azarkeş marağını nəzərə alaraq, onların stadiona tez gəlmələrini istəyib: “Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapıları startdan 3 saat əvvəl - saat 17:55-də açılacaq. Azarkeşlərimizdən tribunada yerlərini asanlıqla tapmaları və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlmələri xahiş olunur”.

Qeyd edək ki, oyun 20:55-də başlayacaq.