
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq. Cempion.az saytının məlumatına görə, komandamız oktyabrın 6-da bir araya gələcək.
Baş məşqçi Vüqar Məmməd ayın 16-dək oyunçuları Bakıdakı toplanışda hazırlaşdıracaq. O, hazırlıq prosesinə 25 futbolçu dəvət edib.
U-19-a çağırılan oyunçular: Murad Mahmudov (FSV “Frankfurt “, Almaniya), Kamran Quliyev (“Yonova”, Litva), Əkbər Vəliyev (“Keşlə”), Ruslan Ərzumanov (“Krasnodar”, Rusiya), Elvin Əliyev (“Naftan”, Belarus), Nail Alışov, Elcan Hafizli (hər ikisi “Neftçi”), Nicat Mehbalıyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Zamiq Əliyev, Turan Vəlizadə, Tural Bayramov, Elvin Cəfərquliyev, Elvin Talıbov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Rüstəm Nuriyev, İdris İnqilablı, Samir Qurbanov (hamısı “Qəbələ”), Zahid Mərdanov, Elçin Mustafayev, Şakir Seyidov, Emil Qasımov (hamısı “Sabah”), Elnur Ibrahimov (“Spartak-2”, Moskva, Rusiya), Hüseyin Əhmədov (“Zirə”).
Siyahıdan da göründüyü kimi, yığmaya 5 legioner çağırılıb.