bazar, 20 iyul 2025

BİZİM FUTBOL

Türkiyədəki “azərbaycanlı” sıradan çıxdı

04.10.2018 13:01 Oxundu 2397

Azərbaycan yığmasının keçmiş futbolçusu Uğur Pamuk zədələnib. Cempion.az saytı xəbər verir ki, Türkiyənin II liqasında çıxış edən “Manisaspor”un formasını geyinən yarımmüdafiəçi bir neçə tur komandasına kömək edə bilməyəcək. Ötən həftəsonu “Sakaryaspor”la qarşılaşmanın 63-cü dəqiqəsində çiynindən xəsarət alaraq əvəzlənən 29 yaşlı oyunçu tibbi müayinədən keçib. Nəticədə onun çiynində yırtıq aşkarlanıb. Artıq zədənin müalicəsinə başlayan Uğurun 2-3 həftə komandadan ayrı qalacağı açıqlanıb. Qeyd edək ki, Uğur Pamuk 2016-cı ildən “Manisaspor”un formasını geyinir.