bazar, 20 iyul 2025

DÜNYA FUTBOLU

Mirko İvaniç: "BATE pley-of-a çıxmaq niyyətindədir"

04.10.2018 14:35 Oxundu 2338

Avropa Liqasının qrup mərhələsində PAOK-la keçirəcəkləri oyun ərəfsində BATE-nin yarımmüdafiəçisi Mirko İvaniç komandasının düşərgəsindəki ab-hava haqqında danışıb: "Əhval-ruhiyyəmiz yüksəkdir, Xüsusilə Minsk "Dinamo"su üzərində qazandığımız qələbədən sonra özümüzə inamımız daha da artıb. Hər keçən gün oyunumuzu daha da yaxşılaşdırırıq. Qurup mərhələsində bizim kifayət qədər təcrübəmiz var. Pley-of mərhələsinə çıxmaq üçün də böyük stimulumuz var".

Oyunun gec vaxtda başlanması və pis hava şəraiti sizə mane olmazmı? sualını futbolçu belə cavablandırıb: "Xeyr, bu cür amillər bizi qorxutmur. Əsas odur ki, futbolçularımız hə biri bütün bacarığını ortaya qoymaq üçün ələndən gələni edir. Ümid edirik ki, bizi ruhlandırmaq üçün gələcək azarkeşlərin sayı kifaət qədər olacaq. Doğrudur, br qədər yorğunluumuz var, amma bizim hazırlığımız yüksək səviyyədədir. Özümüzü normal hiss edirik. İstirahət və bərpa prosesi üçün kifayət qədər vaxtımız olub. Buna yüksək keyfiyyətli heyətimizi də əlavə etsək, pley-of mərhələsinə ümidlə baxmağa əsasımız olduğunu demək olar". Bu barədə klubun mətbuat xidməti məlumat verir.