bazar, 20 iyul 2025

DÜNYA FUTBOLU

Lionel Messi: "Çempionlar Liqası tortun üstündəki albalı kimidir"

04.10.2018 14:54 Oxundu 5011

"Barselona"nın argentinalı hücumçusu Lionel Messi Çempionlar Liqasının ikinci turunda "Tottenhem"ə qalib gəldikdən (4:2) sonra bildirib ki, komanda üçün bütün turnirlər əhəmiyyətlidir: "Aydındır ki, hər bir futbolçu üçün Çempionlar Liqası tortun üstündəki abalı kimidir. Amma Avropada uğur qazanmaq üçün daxili çempionatda da yaxşı çıxış etməliyik. Avropa miqyaslı yarışlardakı uğurun təməli məhz daxili çempionatda qoyulur"- deyə "Marka" nəşri futbolçunun fikirlərini paylaşıb.

Xatırladaq ki, "Barselona" La Liqanın son 3 turunda cəmi 2 xal qazanıb.