
Bakı Olimiya Stadionu (BOS) "Arsenal"in iki futbolçusu komandada qol hesabını açıb. Bunlar müdafiəçi Sokratis Papastatopulos və yarımmüdafiəçi Emil Smit-Roudur.
"Qarabağ"la oyunda ilk qola imzasını atan Sokratis Papastatopulos bu barədə danışakən sevincini gizlətməyib: "Qarabağ" mənim üçün uğurlu komanda oldu. Komandamda qol hesabımı açdım və buna görə çox şadam. Bu qola görə Naçoya minnətdarlığımı bildirirəm. Amma müdafiədə çox çalışmalı oldum. “Qarabağ” bu gün xeyli təhlükəli vəziyyət yaratdı. Həmin epizodlarda bəxtimiz gətirdi"
“Arsenal”ın 18 yaşlı yarımmüdafiəçisi Emil Smit-Rou da komandasında vurduğu ilk qol barədə danışıb: “Arsenal”ın heyətində ilk qolumu vurdum və komandamız növbəti qələbəsini qazandı. Qələbəyə töhvə verdiyimə görə çox sevincliyəm. Elə bil şirin yuxudayam”.