şənbə, 20 aprel 2024

ŞAHMAT

Şahmatçılarımızın son cəhdi

05.10.2018 14:48 Oxundu 2702

Bu gün Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasına yekun vurulacaq. Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları sonuncu – XI turda müvafiq olaraq, Serbiya və Vyetnam komandaları ilə qarşılaşacaq. Oyunlar Bakı vaxtı ilə saat 11:00-da start götürəcək.


Ümumdünya Şahmat Olimpiadası

XI tur

Kişilər

Serbiya - Azərbaycan

Duşan Popoviç - Teymur Rəcəbov

Miloş Roqanoviç - Arkadi Naydiç

Marko Neneziç - Rauf Məmmədov

Velimir İviç - Eltac Səfərli

A.Naydiçlə E.Səfərli ağ, T.Rəcəbov və R.Məmmədov isə ağ fiqurlarla oynayacaq.


Qadınlar

Vyetnam - Azərbaycan

Vo Thi Kim Funq - Günay Məmmədzadə

Fam Le Thao Nquen - Zeynəb Məmmədyarova

Thi Bao Tram Hoanq - Gülnar Məmmədova

Thi Mai Hunq Nquyen - Ülviyyə Fətəliyeva

Z.Məmmədyarova və Ü.Fətəliyeva ağ, G.Məmmədzadə və G.Məmmədova isə qara fiqurlarla oynayacaq.

Qeyd edək ki, kişilərin mübarizəsində 13 xalla 20-ci pillədə qərarlaşan millimiz medal qazanmaq şansını itirib. 15 xalla 7-ci pillədə yer alan qadınlardan ibarət komandamızın isə mükafatçılar sırasına düşmək şansı var.(qol.az)