
Son günlər işləri yaxşı getməyən “Fənərbaxça” klubunun baş məşqçisi Filip Koku Hollandiya mətbuatına açıqlama verib.
Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o ”Spsrtak Trnava” üzərindəki qələbədən sonra bunları söyləyib: “Qalib gəldikcə komandanın bir-birnə inamı artacaq. Futbolçular çox yaxşı məşq edirlər. Türkiyə liqası həyəcanlı və çox çətindir. Ancaq düşünürəm ki, qələbə qazandıqca işlərimiz biraz asanlaşacaq. Hal hazırda üzərimizdə təzyiq çoxdur. Buna baxmayaraq bu gün ki, qələbəyə görə çox xoşbəxtəm. Bazar günü daha bir şansımız var. Həmin oyunda qalib gəlsək Trnava qalibiyyəti daha dəyərli olacaq”.
Qeyd edək ki, UEFA Avropa Liqasında “Spartak Trnava”nı qəbul edən “Fənərbaxça” 2-0 hesablı qələbə qazanıb.