05.10.2018 23:17
2350

Bu gün “Baksel Arena”da keçirilən “Neftçi” – “Sabah” oyununda qonaqların qapısını qoruyan Saşa Stamenkoviç 2011-2015-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Meydan sahiblərinin qələbəsi ilə nəticələnən oyun başa çatdıqdan sonra Ştamenkoviç köhnə dostlarının – “Neftçi” azarkeşlərinin yanına gedərək onları səmimi salamlayıb. Azarkeşlər də ona “Saşa-Saşa “ sədaları ilə cavab veriblər.