bazar, 20 iyul 2025

BİZİM FUTBOL

Samir Abasov: "Çoxdan gözlədiyimiz qələbəni qazandıq"

05.10.2018 23:53 Oxundu 2321

“Zirə” – “Qəbələ” oyundan sonra keçirlən ənənəvi mətbuat konfransına “Zirə”nin baş məşqçisi Samir Abasov rəqib komandaya münasibət bildirməklə başlayıb: “Əvvəlcə rəqib barədə danışmaq istəyirəm. “Qəbələ”nin düşdüyü durumu məndən yaxşı bilən olmaz. Çünki biz də eyni vəziyyətdəyik. “Qarabağ”la rəqabət aparacaq bir nömrəli komanda “Qəbələ” olmalı idi. Təəssüflər olsun ki, layiq olduqları yerdə deyillər.

Bizim oyunumuza gəlincə, uşaqlar bu matça özlərini toparlaya bildilər, yaxşı hazırlamışdılar. Bir yumruq kimi birləşdilər, istəkli idilər. Çoxdan gözlədiyimiz qələbəni də qazandıq. Çox çalışdılar, Allah da biz istədiyimizi bizə verdi. Bəzi məqamlar var ki, onları meydanda görmək istəmirəm. Futbolçulara deyirəm ki, meydana çıxanda bilməlisiz ki, kim nə etməlidi. Neqativdən danışmaq istəmirəm. Bu günkü mübarizəyə görə onlara halal olsun”.