bazar, 20 iyul 2025

DÜNYA FUTBOLU

Libertadores Kubokunda yarımfinalçıların adı məlum oldu

06.10.2018 12:06 Oxundu 3115

Libertadores Kubokunun ikici turunun son qarşılaşması baş tutub. “Kruzeiro” öz meydanında “Boka Xuniyors”u qəbul edib.
Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, oyun 1 – 1 hesabı ilə başa çatsa da, iki oyunun nəticəsinə görə növbəti mərhələyə “Boka Xuniyors” keçib. Xatırlada ki, ilk oyunda Argentina təmsilçisi rəqibini 2 – 0 hesabı ilə məğlub etmişdi.
Hal hazırda turnirdə mübarizəni “River Pleyt”, “Qremio”, “Palameras” və “Boka Xuniyors” komandaları davam etdirir.