bazar, 20 iyul 2025

BİZİM FUTBOL

Emin Mahmudov: "Belə davam etsək, sonda istəyimizə çatacağıq"

06.10.2018 12:37 Oxundu 3050

"Neftçi”nin kapitanı Emin Mahmudov "Sabah”la oyundan (2:0) sonra klubun rəsmi saytına açıqlama verib. O, komandasının qələbə qazanması ilə yanaşı qol vurduğu üçün də şad olduğunu deyib: "Çətin oyun oldu. "Sabah” heç də asan rəqib deyil. Sevinirəm ki, qələbə qazana bildik. Həm də qol vurduğuma görə şadam. Bu mənim üçün çox vacib idi. Düzdür, hazırda mövsümün sonunu düşünmürük. Yəni hər dəfə yalnız növbəti oyun haqda fikirləşirik. Artıq "Qəbələ” ilə səfər matçına köklənməliyik. Bununla belə, hesab edirəm ki, komandamız düz yoldadır. Belə davam etsək, sonda istəyimizə çatacağıq”.