
UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakı Olimpiya Stadionunda Malta yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Heyətə “Qarabağ”ın 7 futbolçusu daxil edilib:
Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Maksim Medvedov (“Qarabağ”), Bədavi Hüseynov (“Qarabağ”), Rahil Məmmədov (“Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə (“Qəbələ”), Ürfan Abbasov (“Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Pavlo Paşayev (“Aleksandriya”, Ukrayna), Qara Qarayev (“Qarabağ”), Araz Abdullayev (“Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Namiq Ələsgərov (“Neftçi”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nazarov (“Aue”, Almaniya), Mahir Mədətov (“Qarabağ”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen”, Almaniya), Ruslan Qurbanov (“Səbail”).