bazar, 20 iyul 2025

DÜNYA FUTBOLU

Joze Mourinyo: "Problemlərin kökü yalnız məşqçinin işində deyil"

06.10.2018 13:29 Oxundu 2540

“Mançester Yunayted” baş məşqçisi Joze Mourinyo, Premyer Liqanın 8-ci turuda “Nyukasl”la keçirəcəkləri qarşılaşma ərəfəsində “qırmızı şeytanlar”ın mövsümdə qazandığı uğurların səbəbləri barədə danışıb. “Hesab eedirəm ki, problemlərin kökünü həmişə məşqçinin işində axtarmaq doğru deyil. Qazanılan müvəffəqiyyət də əsasən komandanın və onun rəqiblərinin potensialı ilə bağlıdır. Ötən mövsümdə belə fenomenal nəticə göstərməyimizi məhz bu iki amillə əlaqələnidrirəm. İnanıram ki, keçən mövsüm bir sıra komandanın potensialı bizdən yüksək idi. Buna baxmayaraq onlar bizim arxamızda qaldılar”, - deyə Mourinyo “Four Four Two” nəşrinə bildirib.