06.10.2018 13:53
2339

“Roma” klubunun şərəfini qoruyan Türkiyə Milli komandasının üzvü Cengiz Ünder son zamanlar sərgilədiyi oyunu ilə dünyanın top klublarının diqqətini üzərinə çəkə bilib.
Cempion.az xarici mətbuata istinadən xəbə verir ki, futbolçu “Bayer Münhen” klubunun maraq dairəsindərir. İddialara görə alman komandası futbolçuya görə 60 milyon avronu gözdən çıxardıb. Bayern rəhbərliyi Cengiz Ünderi mövsümün sonunda müqaviləsi bitəcək Aryen Robenin mövqeyi üçün nəzərdə tutub.
Qeyd edək ki, Cengiz Ünderin hal hazırki transfer qiyməti 27 milyon avrodur. Futbolçunun “Roma” klubu ilə 2022-ci ilə qədər müqaviləsi var.