06.10.2018 16:15
3018
3018

"Mançester Yunayted" in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 8-ci turunun "Nyukasl" ilə matçından sonra vəzifəsindən ayrılacaq. Mənbənin verdiyi məlumata görə portuqaliyalı mütəxəssis bu qərarını cümə axşamı günü qəbul edib. Mourinyo “Mançester Yunayted”i böhrandan çıxaracağına inamını itirib. "Nyukasl" ilə oyun oktyabr 6-da şənbə günü keçiriləcək. Hazırda “Qırmızı Şeytanlar” İngiltərə çempionatında 10-cu yeri tutur.
Xəbəri "Mirror" nəşri yayıb.