“Fənərbaxça”da heyətdən kənarlaşdırılan Volkan Dəmirəl, Aatıf Şeju və Nabil Dirarla bağlı maraqlı xəbərlər gəlməkdə davam edir.Adı çəkilən futbolçuları klubda görmək istəmədiyini rəhbərliyi bildirən komandanın baş məşqçisi Filip Koku maraqlı açıqlamlar verib.
Cempion.az Türkiyə mətbuatına istinadənən xəbər verir ki təcrübəli baş məşqçi açıqlamalarında bunları deyib: “Volkan mənə ağıl verir, heç bir sözü dinləmir və oyunçuların yanında idarəçiliyimə kölgə salır. Aatıf və Dirar isə afrika qitəsindən olan və fransızca danış oyunçular üzərində təsirə malikdirlər”.
Qeyd edək ki, “Fənərbaxça” klubunun rəhbərliyi komandanın mənfəəti üçün istənilə oyunçunu heyətdən kənarlaşdıracaqlarını bildirib