çərşənbə axşamı, 30 aprel 2024

DÜNYA FUTBOLU

Real üçün XXI əsrdə ən pis NƏTİCƏ

07.10.2018 11:08 Oxundu 2622

Futbol üzrə İspaniya çempionatının 8-ci tur matçında Madrid "Real"ı "Alaves"ə 0:1 hesabı ilə məğlub olub. Bu oyundan sonra madridlilərin qolsuz oyunlar seriyası ardıcıl 4 matça çatıb. Bu oyunlarda komanda üç məğlubiyyətə uğrayıb. Bu qolsuzluq seriyası Kral klubu üçün XXI əsrdə ən pis nəticə kimi qeydə alınıb. Bundan əvvəl Xulen Lopeteqinin yetirmələri "Atletiko" ilə heç-heçə (0:0) edib və "Sevilya"ya uduzub (0:3). Eyni zamanda Çempionlar Liqasında Rusiya MOİK-inə 0:1 hesabı ilə məğlub olub.

"Qaymaqlar" yalnız 1982 və 1985-ci illərdə ardıcıl olaraq 4 oyunda qol vura bilməmişdilər.(Report)