08.10.2018 15:32
1624
Futbol üzrə İngiltərə yığmasının və “Çelsi”nin əfsanəvi futbolçusu Con Terri karyerasını bitirib.
Bu barədə Terri özü məlumat verib. O, “instaqram”da belə yazıb:
“Futbolda keçirdiyim 23 illik inanılmaz karyeradan sonra qərara gəldim ki, getmək vaxtıdır”.
Terri “Çelsi”də 1995-ci ildən çıxış edirdi. Bu müddətdə o 702 oyun keçirib, 65 qol vurub.
"Çelsin"də çıxış etdiyi müddət ərzində 5 dəfə İngiltərə çempionu, Çempionlar Liqası və Avropa Liqasının qalib olub.
2017-ci ildə “Çelsi”dən ayrılan Terri, bir mövsüm “Aston Villa”da çıxış edib. (futbolinfo.az)